Azərbaycan Respublikasının GoMap.az interaktiv elektron xəritəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2010-cu ilin aprelində ictimaiyyətə təqdim edilmişdir.
Hazırda GoMap.az elektron xəritəsinə 110 mindən artıq maraq nöqtəsi (POI), 8,4 mindən artıq yaşayış məntəqəsi, 90 şəhər və qəsəbə üzrə ünvan məlumatları, 1 milyondan artıq bina və tikililər, 115 min km-dən artıq yol və yol qovşaqları (xarakteristikaları və yol hərəkət qaydaları daxil olmaqla), 3 mindən çox Tarixi-Mədəniyyət abidəsi və s. daxildir. Eləcə də GoMap.az xəritəsi üzərində bazada olan obyeklərin əksəriyyətinin foto və 360 panoramalı şəkillərini seyr etmək olar.
Qlobal geoinformasiya servislərindən, o cümlədən Google Maps servisindən GoMap elektron xəritəsinin üstünlüyü onun daha dürüst və məlumatlı olmasıdır. Xəritənin Azərbaycan, ingilis və rus dillərində olması elektron xəritəni həm ölkə vətəndaşları, həm də xarici qonaqlar da rahat istifadə edə bilər.
GoMap xəritəsinin müxtəlif funksionalları hər bir istifadəçinin tələbatını ödəyə bilər. Gürcüstanın elektron xəritəsi yaradılması bu ölkəyə səyahət edən Azərbaycan vətəndaşları və xarici vətəndaşlar üçün effektiv bir virtual bələdçisinə çevrilmişdir.
Orta hesabla GoMap.az elektron xəritəsinə ayda 670 mindən çox istifadəçi daxil olur. Məsələn, 2019-cü il ərzində GoMap.Az elektron xəritəsinə dünyanın 186 ölkəsindən 6 510 mindən çox, istifadəçi daxil olmuşdur. Azərbaycandan Gomap.az elektron xəritəsindən istifadə edənlərlə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Kazaxstan, Almaniya, Ukrayna ərazisindən daha çox istifadəçi daxil olur. Ümumiyyətlə, statistikaya görə Gomap.az-a istifadəçilərin 83%-i Azərbaycandan daxil olur.
Qeyd etmək lazımdır ki, GoMap.az hazırda Gürcüstanı da əhatə edir.
GoMap elektron xəritəsi aşağıdakı funksionalları özündə birləşdirir:
GoMap.az Online Navigator portalının, Android platformasında işləyən mobil versiyası istifadəyə verilmişdir. 2013-cü ildən GoMap.Az elektron xəritəsinin Android və iOS platformalarında işləyən nativ tətbiqləri də hazırlanıb və Apple Stor və Play Market endirilərək müstəqil proqram kimi işləyirlər.
GoMap.az elektron xəritəsinin yaradılmasında əsas məqsədlərdən biri virtual məkanda Azərbaycanın milli maraqlarınin qorunmasıdır. Belə ki, mövcud qlobal elektron xəritələrdə Azərbaycanın işğal altında olan ərazilərində toponim adlarının erməniləşdirilməsinın qarşısını almaqla yanaşı, Azərbaycana maraq göstərən dünya ictimaiyyətinə dəqiq alternativ geoinformasiya platforması təqdim olunmuşdur. 100-dən çox ölkədən olan istifadəçilərin GoMap.az elektron xəritəsinə olan marağı bu siyasətin effektivliyini təsdiqləyir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan öz ərazisinə və əhalinin sayına görə bir bazar seqmenti kimi qlobal geoinformasiya servislərinin maraq dairəsində prioritet deyildir və ona görə həmin servislər Azərbaycanın xəritəsinın təkmilləşdirilməsi üzrə zəruri aktivlik göstərmirlər.
GoMap.az elektron xəritəsi təkmilləşdirilməsi davamlı prosesdir və bu istiqamətdə fəaliyyət daimidir. Saytın proqram platformasının və axtarış sisteminin təkmilləşdirilməsi, yeni servislərin işə salınması ilə yanaşı, ünvan və obyekt bazasının da yenilənməsi prosesi həyata keçirilir. Beləki, hazırda GoMap.Az elektron xəritəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Ünvan Reyestri ilə inteqrasiya olunmuş və ölkəmizdə tətbiq edilən yeni ünvan konsepsiyasına uyğun yeni ünvanlar köhnə ünvanlarla birlikdə verilənlər bazasına daxil edilmiş və GoMap.az xəritəsində öz əksini tapmışdır. Belə yanaşma, GoMap.az elektron xəritəsini mövcud qlobal geoinformasiya sistemlərindən əhəmiyyətli dərəcədə fərqləndirir.