Facebook Pixel Code
GoMap XƏRITƏ
"Bank Avrasiya" ASC (Baş ofis)
Baxış sayı:
Avtobus
"Bank Avrasiya" ASC Azərbaycan bank sektoruna yeni addım atmış gənc bir qurum kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. "Bank Avrasiya" ASC əhaliyə və biznes qurumlarına hər növ bank xidmətləri təklif edir. Bizimlə əməkdaşlıq etməklə, Siz, kassa-hesablaşma əməliyyatları, inkassasiya, sənədli əməliyyatlar, müxtəlif növ əmanətlər, biznes və istehlak kreditləri, plastik kartlarla əməliyyatlar, bank seyflərinin icarəsi və s. bank xidmətlərində dayanıqlı yüksək keyfiyyətə şahid olacaqsınız. "Bank Avrasiya" ASC həmçinin "WesternUnion", "Contact", "Lider", "Monex" və "Caspian Money Transfer" kimi sürətli pulköçürmə sistemlərinə qoşulmuşdur. Mobil rabitə və kommunal ödənişlərin qəbulu da bankın göstərdiyi xidmətlərin sırasındadır. "Bank Avrasiya" ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); “MasterCard İnternational” beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009); ARPA - Azərbaycan Risk Peşəkarları Assosiasiyası (yanvar, 2010); “Visa İnternational” beynəlxalq ödəniş sistemi (sentyabr, 2013). "Bank Avrasiya" ASC hər zaman öz müştərilərinə yaxın olmağa çalışır. Bankın inkişaf planında Respublikanın müxtəlif bölgələrində xidmət şəbəkəsinin yaradılması prioritet məqsədlərdən biridir. Belə ki, artıq Sumqayıt şəhərində 2009-cu ilin aprel ayından bankın ilk filialı fəaliyyət göstərməyə başlamışdır.
Son xəbərlər