Facebook Pixel Code
GoMap XƏRITƏ
Zira Olives Zeytun Zavodu
Baxış sayı:
Avtobus

Zira Olives Zeytun Zavodu 2016-cı ildə Abşeron Yarımadasının Zirə Qəsəbəsində “Zira Aqropark” MMC – in bazası əsasında fəaliyyətə başlamışdır. Zavodumuz 3000 m2 qapalı və 3000 m2 açıq ərazini əhatə edərək ən son texnologiyalarla təchiz olunmuş və yüksək keyfiyyət standartlarına uyğun məhsullar istehsal etməklə məşğuldur. İstehsal olunan məhsullar təkcə ölkə daxilinə deyil eləcə də, Azərbaycanın hüdudlarından kənara da, yəni Rusiya, Belarusiya, Ukraniya, Dağıstan, Almaniya və digər ölkələrə ixrac edilir. Milli və beynəlxalq standartlara uyğun olaraq istehsal olunan Zira Olives məhsulları ISO 9001-2015 Keyfiyyəti, ISO 22000-2005 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri standartlarına malikdir. Bundan əlavə məhsullarımız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmışdır. Öz sektorunda insan və ətraf mühit amillərinə hörmət edən, etibarlı və aparıcı bir marka olmaq, hər il məhsul çeşidlərini artıraraq istehlakçısını tam təbii məhsullarla təmin etmək başlıca hədəfimizdir!

Son xəbərlər