12 Noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılış mərasimində iştirak etmişdir. Qeyd etmək lazımdır ki, hospitalda poliklinika, laboratoriya, əməliyyat, reanimasiya və intensiv terapiya bloku, angioqrafiya, radiologiya, endoskopiya şöbələri yaradılmışdır. Burada respublikada ilk dəfə olaraq tibbi oksigen istehsal edən generatorlar qurulmuşdur.