Facebook Pixel Code
GoMap XƏRITƏ
Aşağı Ağasıbəyli kəndində müalicəvi istisu
Baxış sayı:
  • Ünvan:
    Samux, AZ5112
Avtobus

Samuxun Əlibayramlı kəndində müalicəvi isti su çıxır. Əlibayramlı kəndində təbii su ehtiyatları çoxdur və bu sular müalicəvi əhəmiyyətə malikdir. Təbii suların tərkibi bizim Kəlbəcərdəki isti suya bərabər. Əlibayramlı kəndindəki yeraltı suların tərkibində bir çox kimyəvi maddə və birləşmə var. Bu sulardan istifadə etməklə bir sıra xəstəlikləri müalicə etmək olar. Yay fəslində buraya gələn yüzlərlə insanlar revmatizm, yüksək təzyiq və allergiya xəstəlikləri zamanı xeyirli olan müalicəvi vannalar qəbul edir.

Samux rayonunun müalicəvi isti su çıxan Hacallı, Əlibayramlı və Lək kəndlərində 2011-ci ildə turizm zonası yaradılması nəzərdə tutulub. Samux rayonu ilə Mingəçevir şəhəri arasında olan ərazidə 50 hektar sahə ayrılıb. Orada böyük otellər, həm kotteclər, istirahət zonasının yaradılması nəzərdə tutulur. Əlibayramlı ərazisində böyük bir turizm kompleksinin inşa olunması nəzərdə tutulub. 5 mərtəbəli istirahət ocağı tikiləcəkdir ki, orada 100 nəfərə yaxın insan müalicə alacaq.

http://www.kepeztv.az/arxiv/2010/yanvar/xeber/23/samux.html

http://www.zaman.az/az/newsDetail_getNewsById.action;jsessionid=CABA08A281BC1A31BD63FE853DD4B5EB.node1?sectionId=7&newsId=35877

http://az-az.connect.facebook.com/note.php?note_id=167830646594685

Son xəbərlər