Facebook Pixel Code
GoMap XƏRITƏ
Torağay
Baxış sayı:
  • Ünvan:
    Dzerjinski, Bakı, Qaradağ, AZ1080
Avtobus
Torağay palçıq vulkanı - Mütləq hündürlüyü 400 m, yamaclarında radial şəkildə yarğanlar olan iri vulkandır. Cənub və şərq yamacları dikdir. Səngəçal d/y stansiyasından 15 km qərbdə yerləşir. Vulkan 500-550 m diametrində, 8 m-ə qədər hündürlükdə dairəvi krater bəndi ilə əhatə olunmuşdur. Cənub-qərb tərəfdən eni 250-300 m, uzunluğu 1 km olan brekçiya axını qeyd olunur. Vulkan brekçiyası sahəsi 753 ha, ümumi həcmi 753 mln m3, qalınlığı isə 100 m-dir. 1841-ci ildən başlayaraq 10 püskürmə qeydə alınmışdır. Son dəfə püskürmə 1988-ci ildə baş vermişdir. Demək olar ki, bütün püskürmələr qazların yanması və alov sütunu ilə müşayiət olunmuşdur.
Son xəbərlər