Facebook Pixel Code
GoMap XƏRITƏ
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Baxış sayı:
  • Ünvan:
    Bəxtiyar Vahabzadə, Bakı, Yasamal, AZ1141
  • Telefon:
    (+994 12) 539-01-67 (qəbul şöbəsi), (+994 12) 510-31-48 (ümumi şöbə), (+994 12) 539-77-41 (tədris innovasiya mərkəzi)
  • Faks:
    (+994 12) 539-61-21
  • Web səhifə:
  • E-poçt:
Avtobus
İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır.21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur.İnstitutun kadr potensialıHal-hazırda institutda 250 əməkdaş fəaliyyət göstərir. İnstitutda, demək olar ki, İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. İnstitutda 3 akademik, 7 elmlər doktoru, 15 fəlsəfə doktoru, 18 doktorant, 24 dissertant və digər əməkdaşlar elmi-tədqiqat işləri ilə məşğul olurlar. İnstitut son illər ərzində respublikanın və beynəlxalq təşkilatların ayrı-ayrı qurumlarını müxtəlif ixtisaslı mütəxəssislərlə təmin etmişdir: BP, Azərcell, Hüquq mühafizə orqanları, "RİSK", "İntrans", "Azerin" BM, "SİNAM İNVEST", "ADANET", İqtisad universiteti, Memarlıq və inşaat universiteti, İdarəetmə akademiyası, Milli Bank, Space, Gömrük Komitəsi, Vergilər nazirliyi, AAK, UNESCO, ATƏT-in Kosovadakı ofisi, Kommersiya bankları, şirkətlər və s. İnstitutun maddi-texniki bazası və əməkdaşlara yaradılmış şərait haqqındaİnstitutun struktur bölmələri B.Vahabzadə, 9 küçəsində yerləşən 7 mərtəbəli binanın 1, 2, 3, 4, 7-ci mərtəbələrində, AMEA Əsas binasının 2-ci mərtəbəsinin və Rəyasət Heyətinin 1-ci mərtəbəsinin bir hissəsində yerləşir.İnstitutun əməkdaşlarının sərəncamında 150-dən artıq Pentium tipli kompyuter, bundan başqa çoxlu sayda skanerlər, printerlər və digər şəbəkə-telekommunikasiya avadanlıqları vardır:Bütün kompyuterlər İnternetə qoşulmuşdur və işləmək üçün heç bir məhdudiyyət yoxdur;İnstitutun əməkdaşlarını elmi-texniki informasiya ilə təmin etmək üçün müasir tələblərə cavab verən "İnformasiya xidməti" yaradılmışdır. "İnformasiya xidməti"nin tərkibinə adi kitabxana, elektron kitabxana, İnternetə sərbəst daxil olub lazımi informasiyaları əldə etmək, CDN texnologiyası əsasında dinamiki formalaşan intellektual informasiya fondu və s. daxildir;İnstitutun əməkdaşları demək olar ki, keçmiş SSRI ərazisində nəşr olunan bütün elmi, elmi-praktiki, texnoloji, populyar və s. kimi kitab və jurnallarla müntəzəm olaraq təmin olunurlar;İnstitutun əməkdaşları ingilis dilli mənbələr olan IEEE, ACM kimi nüfuzlu elektron kitabxanalara abunə olublar və Springer, Blackwell kimi nəşriyyatların e-jurnallarına giriş imkanları vardır;İnstitutun əməkdaşları müntəzəm olaraq vaxtlı-vaxtında İT sahəsində dünyanın istənilən yerində keçirilməsi planlaşdırılan beynəlxalq konfranslar, toplantılar haqqında məlumatlar alırlar.İnstitutun əsas elmi-texniki nailiyyətləriRespublikada ilk dəfə WAN - qlobal şəbəkə texnologiyaları (X.25, SNA, DECNET, TCP/IP və s.) tədqiq olunmuş və real praktiki nəticələr əldə olunmuşdur (Moskva-Bakı-Tbilisi şəhərlər arasında X.25 şəbəkəsi yaradılmışdır və s.).Respublikada ilk dəfə LAN - lokal şəbəkə texnologiyaları (Alisa, Arcnet, Ethernet - naqilli, naqilsiz, İntranet və s.) tədqiq olunmuş və müxtəlif qurumlarda tətbiq olunmuşdur.Respublikada ilk dəfə veb-texnologiyası mənimsənilmiş və 1995-ci ildə AMEA-ya məxsus www.ab.az saytı yaradılmışdır.Respublikada ilk dəfə sınaq olaraq AMEA Rəyasət Heyətinin (RH) üçün korporativ şəbəkə yaradılmışdır.Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkəsi mühitində elektron rəqəm imzası texnologiyası tətbiq olunmuşdur.Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkə mühitində sənədlərin elektron dövriyəsi sistemi işlənmiş və tətbiq olunmuşdur.Respublikada hələlik analoqu olmayan, AMEA-nın bütün institut və təşkilatlarını, onların şöbə və laboratoriyalarını əhatə edən, İnternetə çıxışa imkan verən, intellektual xüsusiyyətlərə malik İntranet şəbəkəsi yaradılmış və hal-hazırda fasiləsiz olaraq istismar olunur.Respublikada ilk dəfə İnternet üzərində audiokonfrans və videokonfranslar təşkil olunmuşdur.Respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində bir sıra dövlət əhəmiyyətli işlər görülmüşdür:qırıcı təyyarələrin "qara qutu"larındakı uçuş informasiyasını operativ emal edən sistem işlənmiş və hal-hazırda ölkənin bütün hərbi aerodromlarında müvəffəqiyyətlə istismar olunur;hava hücümündan müdafiə sistemi üçün uçan obyektlərin aşkar olunması, tanınması və bu məqsədlə yaradılmış xüsusi təyinatlı korporativ şəbəkənin vaitəsilə mərkəzi idarəetmə məntəqəsinə operativ olaraq məlumatların ötürülməsinə imkan verən sistem yaradılmışdır;hərbi aerodromları operativ olaraq meteoinformasiya ilə təmin etmək məqsədilə xüsusi korporativ şəbəkə yaradılmışdır.Bakı şəhər metropoliteni üçün sərnişinlərin bütün stansiyalara daxil olmasına nəzarəti həyata keçirən sistemlər işlənmişdir. Eyni zamanda nəzarət vaxtı istifadə olunan jetonlar da bu institutda istehsal olunmuşdur.Bakı şəhər metropolitenində qatarların maşinistlərinin, stansiyalarda çalışan növbətçilərin, dispetçerlərin xidməti danışıqlarının operativ olaraq qeyd olunması, toplanması və emal olunmasına imkan verən xüsusi texnoloji təyinatlı korporativ audioinformasiya şəbəkəsi işlənmiş və istismara verilmişdir.İnstitutun əməkdaşları "Virtual İpək Yolu" layihəsinin işə salınmasını həyata keçirmişdir və fasiləsiz olaraq respublikanın bir sıra ali tədris müəssisələrinə şəbəkə xidmətləri göstərir.Konfranszallar üçün audioinformasiyanın qeydiyyatı sistemi işlənilmiş və istismara verilmişdir.AR Gənclər İdman və Turizm Nazirliyi üçün respublika ərazisində fəaliyyət göstərən turizm təşkilatlarından daxil olan statistik məlumatların toplanması və emalı işlərini həyata keçirməyə imkan verən korporativ informasiya sistemi və şəbəkəsi yaradılaraq istismara verilmişdir.Respublikada bir sıra göstəricilərinə görə bənzəri olmayan AMEA-nın Rəyasət Heyəti, bölmələri, bütün həqiqi və müxbir üzvləri, elmlər doktorları, institut və təşkilatları, şöbə və laboratoriyaları, müxtəlif qurumları haqqında Azərbaycan, rus və ingilis dillərində müvafiq məlumatları özündə əks etdirən, 3242 fayldan, başqa sözlə 200 səhifəlik 120 kitabdan ibarət olan Web-portal yaradılmış və istismara verilmişdir.İnstitutun Tədris-İnnovasiya Mərkəzində CISCO kompaniyasının lokal "Şəbəkə Akademiyası" yaradılmış və burada hal-hazırda "UNIX fundamental", "IT Essential I" və "IT Essential II" kursları fəaliyyət göstərir.İnstitutun əməkdaşları Azərbaycanda ilk dəfə İnternetin milli infrastrukturunu yaratmışdır.
Son xəbərlər