Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 1№-li filialı
Baxış sayı:
Avtobus

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb. Yarandığı ilk illərdə kitabxana az miqdarda kitab fondundan və cəmi bir xidmət şöbəsindən ibarət idi.

1937-ci ildə kitabxanaya müasir Azərbaycan dramaturgiyasının banilərindən biri olan Cəfər Cabbarlının adı verilib.

1976-cı ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 05 fevral 1976-cı il, 34 nömrəli əmri ilə kitabxanaya gənclər kitabxanası statusu verilmişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətləri mühafizə edərək gələcək nəsillərə çatdırılması, bir çox dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi və onların iş təcrübələrinin öyrənilməsi istiqamətində uğurlu addımlar atır.

Son xəbərlər