Suraxanı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 4 saylı filialı Hövsan qəsəbəsində, M.A.Əliyev adına Mədəniyyət Evinin binasında yerləşir. Sahəsi 32 kv.m.-dir. Əvvəlki adı Hövsan qəsəbə kütləvi kitabxanası olmuşdur. 2011-ci ildən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il tarixli 04 saylı əmrinə əsasən, Suraxanı MKS yaradıldıqdan sonra 4 saylı filial adlandırılıb.
Kitabxana 1935-ci ildən fəaliyyətdədir. Hövsan qəsəbəsində yaşayan 40 minə yaxın əhaliyə xidmət göstərir. Qəsəbədəki 118, 196, 270, 76 və 280 saylı məktəblərin şagirdləri kitabxanaya cəlb edilmişdir. Bundan əlavə, 203, 104 saylı uşaq bağçasında, 23 saylı tibb məntəqəsində çalışan işçilərə mədəni xidmət göstərilir. 4 saylı filial əsasən M.A.Əliyev adına Mədəniyyət Evi və Hövsan qəsəbə nümayəndəliyi ilə sıx əlaqə çalışır ki, kurs və dərnək şagirdləri, işçi heyəti kitabxananın bütün tədbirlərinə qatılırlar. Kitabxananın 12604 nüsxə kitab fondu vard və il ərzində 2643 oxucuya xidmət göstərilir.
Filial Hövsan qəsəbəsi, Məktəb küçəsi 35 ünvanındadır.