Suraxanı rayon Mərkəzləşdirilmış Kitabxana Sisteminin (MKS) 1 saylı filialı Əmircan qəsəbəsində, mədəniyyət evinin binasının ikinci mərtəbəsində yerləşir. Kitabxana 1926-cı ildən fəaliyyət göstərir. 1946-cı ildən görkəmli yazıçı və mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun adını daşıyır.
2011-ci ildən etibarən isə kitabxana Suraxanı rayon Mərkəzləşdirilmış Kitabxana Sisteminin 1 saylı filialı olaraq öz işini davam etdirir.
Mədəniyyət obyekti Əmircan qəsəbəsində yaşayan 32000 nəfər əhaliyə xidmət göstərir. Qəsəbədəki 84, 87, 97, 114, 154 və 226 saylı məktəblərin şagirdləri kitabxanaya cəlb olunmuşlar. Səyyar oxucu xidməti ilə də xəstə və yaşlı oxucuların qulluğundadır.
Kitabxananın 29142 nüsxə kitab fondundan il ərzində 4037 oxucu bəhrələnir.
Kitabxananın ünvanı: Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 44