1954-cü ildən fəaliyyət göstərən Mərkəzi Kitabxana 1982-ci ildən Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaninin adını daşıyır. Sahəsi 644 kv.m olan Mərkəzi kitabxana sistemə daxil olan bütün kitabxana-filiallara metodik rəhbərlik edir. 1979-cu ildən etibarən isə Şirvan şəhərindəki Dövlət kütləvi kitabxanalarını özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana sistemi fəaliyyət göstərir. Şirvan şəhər MKS öz işində rəhbərlik üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin, Nazirlər kabinetinin qərarlarını, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” qanunu əsas götürmüşdür. MKS-nin kollektivi M.F.Axundov adına Milli kitabxananın, C.Сabbarlı adına Gənclər kitabxanasının, F.Köçərli adına Respublika Uşaq kitabxanasının da tövsiyələrindən istifadə etməklə əhaliyə kitabxana xidməti işinin daha da səmərəli təşkilinə nail olmuşdur. Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi vəziyyətimizi, tariximizi ,mədəniyyət və incəsənətimizi geniş oxucu kütləsi arasında təbliğ etmək məqsədi ilə MKS-də vaxtaşırı olaraq mədəni-kütləvi tədbirlər keçrilir.Öz işini daha yaxşı qurduğu və oxuculara xidmət işində nümünə göstərdiyinə görə uşaq kitabxanası 2011-ci ildə “Ilin nümunəvi kitabxanası” nominasiyası üzrə müsabiqənin qalibi olmuşdur. Kitabxanada oxuculara kömək məqsədi ilə əlifba və sistemli kataloqlar, mövzu və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir. Mərkəzi kitabxananın Oxuculara Xidmət, Uşaq, Kitabişləmə və komplektləşdirmə, Metodika və bibloqrafiya, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-resurs şöbələri vardır.Mərkəzi kitabxana oxuculara kitabxana xidmətini daha da yaxşılaşdırmaq ,informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucu kütləsinin daha yüksək səviyyədə mütaliəyə cəlb etmək üçün müxtəlif mövzularda ədəbi-bədii gecələr, disputlar,kitab müzakirələri,söhbətlər,oxucu konfransları ,görüşlər və s mədəni- kütləvi tədbirlər keçirir. Mərkəzi kitabxana öz işini əhatə dairəsində olan İHK, Şirvan şəhər Heydər Əliyev Mərkəzi, 9, 10, 16, 18, 21 saylı tam orta məktəblər, Təhsil şöbəsi, Peşə liseyi,sənaye müəsisələri,uşaq bağçaları və digər idarə və təşkilatlarla əlaqəli şəkildə qurur.Kitabxananın gördüyü işlər vaxtaşırı “Zaman” və yerli “İşıq” qəzetində işıqlandırılır.