1993-cü ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 1000 kv.m, həyətyanı sahəsi 800 k.v. metrdir. Məktəbdə 42 sinif otağı, 1 inzibati otaq vardır. Məktəbin direktoru: Əliyev Fəqani Novruz oğlu Əliyev Fəqani Novruz oğlu 04.01.1973-cü il tarixində Bərdə rayonunun Güloğlular kəndində anadan olmuşdur. 1993-cü ildə Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Texnikomunun Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisasını bitirmişdir. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Musiqişünaslıq ixtisası üzrə təhsil alır. 1995-2006-cı illərdə Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləmişdir. 2006-cı ilin dekabr ayından 2011-ci ilədək Divanlı kənd uşaq musiqi məktəbində direktor, 2011-ci ildən hal-hazıra kimi Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsində işləyir.