Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi 1990- cı il tarixdə fəaliyyətə başlamışdır. Tuğ kəndi işğal olduqdan sonra məktəb öz fəaliyyətini indiki Xəzər rayon Şüvəlan qəsəbəsində davam etdirib. 2013 - cü ildə məktəb Qaradağ rayon Müşfiqabad yaşayış massivinə köçürülüb.Hal hazırda məktəbdə fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik və saz ixtisası üzrə 86 şagird təhsil alır.Məktəbdə 28 nəfər müəllim işləyirki onlardan 15 nəfəri qadındır. Müəllimlərdən 6 nəfəri ali təhsillidir.