Məktəb 1980-ci ildə yaranıb, ona 31 saylı musiqi məktəbi adı verilmişdir. 1998- ci ildə yenidən təşkil olunmuşdur və 5 saylı uşaq incəsənət məktəbi adı almışdır.Məktəbimiz aşağıdakı təşkilatların tabeçiliyindədir. Azərbaycan Respublika Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş idarəsi.Məktəbimizdə fortepiano,skripka, tar, kamança, qarmon, nağara, saz, xanəndə, vokal, klarnet, rəsm, rəqs ixtisasləar keçirilir. Hal-hazırda 5 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru Nağıyev Emin Hüseyn oğlu, tədris işləri üzrə direktor müavini babayev Nəvai İbrahim oğludur.