Facebook Pixel Code
GoMap XƏRITƏ
4 nömrəli Uşaq Musiqi Məktəbi
Baxış sayı:
  • Ünvan:
    Qaçaq Nəbi 43, Sabunçu, Bakıxanov, Bakı, AZ1040
  • Telefon:
    (+994 12) 425-22-40
Avtobus

4 saylı Uşaq Musiqi Məktəbinin yaranma tarixi 1926-1927-ci illərə aiddir. Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Balaxanı, Sabunçu, Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi. 1933-cü ildən həmin musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının nəzdində təşkil edilmişdir.

1950-ci ildən Razin qəsəbəsi (indiki Bakixanov) filialı müstəqil məktəb kimi fəaliyyətə başladı. 1950-ci ildən 1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin yarandığı dövrdən - 1930-cu illərin əvvəllərində L.V.Rostrapoviç və S.N. Rostropoviçlərin şagirdlərə violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır. Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında, o cümlədən Sabunçu, Balaxanı, Bakıxanov fəhlə bölmələrində müəyyən iz qoyub. Balaxanıda Cahangir Cahangirov kimi bəstəkarın yetişməsi deyilənlərə əyani sübutdur. Digər görkəmli bəstəkar A.Zeynallı biləvasitə L.Rostropoviçdən violonçel dərsi almışdır. İstedadlı tarzən Məmmədxan Bakıxanov tar sinifi üzrə uzun illər məktəbdə dərs demişdir.

Məktəbin kollektivi yaşlı nəslin miras qoyduğu layiqli ənənələri qoruyub saxlamaqla öz işlərini günün tələbləri səviyyəsində davam etdirirlər. Məktəbin çoxlu sayda şagirdlərinin respublikamızda va digər MDB ölkələrində musiqi sahəsində çalışması buna əyani sübutdur. Hal-hazırda məktəbin müəllim heyətinin 40%-dən çoxu öz məzunlarından ibarətdir.

Məktəbdə fortepiano, skripka, klarnet, fleyta, tar, kamança, qarmon, balaban, nagara, xanəndə, kanon ixtisasları üzrə dərslər tədris olunur. Xor kollektivi, xalq çalğı alətləri orkestri müxtəlif ixtisaslar üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi respublika müsabiqələri və festivalların daimi iştirakçıları və laureatları olmuşlar. 2007-ci ildə zəmanəmizin görkəmli bəstəkarı Q.Qarayevin adına keçirilən müsabiqənin “Qran Pri” mükafatına və Prezident taqaüdünə layiq görülmüş Zeynalov Rüstəm Samir oğlu 4 saylı Uşaq Musiqi Məktəbinin məzunudur. 2015-ci il A.Dadaşov adına III Beynəlxalq Respublika Müsabiqəsində “Qran Pri”yə layiq görülən Nigar Quliyeva da 4 saylı Uşaq Musiqi Məktəbinin yetirməsidir. 2016-ci  il  XIII  Respublika  Xor  Müsabiqəsində  məktəbin  xor kollektivi III yerə layiq görülmüşdür. III Respublika Vokal Müsabiqəsində iştirak edən Əsədli İsmayıl I yeri tutub. Elə həmin ildə keçirilən Respublika Fortepiano Müsabiqəsində məktəbin 3 şagirdi iştirak edərək uğur qazanmışlar. Hazirda çalışan kollektiv məktəbin adının daim yüksəklərdə səslənməsi üçün əlindən gələni əsirgəmir.

Son xəbərlər