Azərbaycan SSR Nazirlər Sovetinin 13 may 1975 – ci il tarixli, 134 №-li sərəncamına əsasən Bakı şəhər zəhmətkeş deputatları sovetinin İcraiyyə komitəsinin 22 iyul 1975 – ci il tarixli 05/383 №-li sərəncamı ilə mədəniyyət şöbəsinə iki yeddi illik uşaq musiqi məktəbini açmaq tapşırılmışdır.Bu məktəblərdən biri 23 №-li uşaq musiqi məktəbi olub “Şmidtovest” yaşayış tikinti komitəsinin V.İ.Lenin prospekti 954-cü kvartalda yerləşən evin I mərtəbəsində yaradılması nəzərdə tutulur. Bakı şəhər İcraiyyə Komitəsinin 01 oktyabr, 1976-cı il tarixli 107 №-li əmrində deyilir: “Bakı şəhərində musiqi məktəbləri şəbəkəsinin inkişaf etdirilməsi və Azərbaycan SSR Mədəniyyət Nazirinin 25 sentyabr 1976-cı il tarixli 311 №-li əmrinə əsasən Bakı şəhərinin N. Nərimanov rayonu ərazisində Ə. Bədəlbəyli adına 23 №-li uşaq musiqi məktəbi 01 oktyabr 1976-cı il tarixdən açılsın”.