4 nömrəli Uşaq Musiqi Məktəbinin yaranma tarixi 1926/1927-ci illərdən başlayır.Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Bakının Balaxanı,Sabunçu.Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi.1933-cü ildən, bu musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının nəzdində təşkil edilmişdir. 1950-ci ildən Razin qəsəbəsi (indiki Bakıxanov ) filialı müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. 1950-ci ildən,1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar Müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin ilk yarandığı dövrdən 1930-cu illərin əvvəllərində L.V.Rostropoviç və S.N.Rostropoviçlərin şagirdlərə violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır.Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında o cümlədən Sabunçu,Balaxanı,Bakıxanov fəhlə bölmələrində müəyyən iz buraxmışdır.