Facebook Pixel Code
GoMap XƏRITƏ
Bülbül adına 2 №-li Uşaq İncəsənət Məktəbi
Baxış sayı:
  • Ünvan:
    Koroğlu, Sumqayıt, AZ5001
  • Telefon:
    (+994 186) 42-16-27
  • E-poçt:
Avtobus

Məktəb 1971-ci ildən fəaliyyətə başlayıb.

623 nəfər şagird təhsil alır

167 nəfər müəllim çalışır

44 sinif otağı var

300 nəfərlik tutumu olan konsert zalı var.

Fəaliyyət göstərən müddətdən indiyədək məktəb fortepiano, Azərbaycan xalq çalğı alətləri, xanəndəlik, nəfəs və simli alətlər, akkordeon, musiqi nəzəriyyəsi, vokal rəssamlıq və xoreoqrafiya üzrə uşaqlara ibtidai təhsil verir. Azərbaycan, xalq , klassik  musiqisi, dünya xalqlarının musiqisindən seçilmiş nümunələr şagirdlərin estetik zövqünü formalaşdırır, istedadlı uşaqların üzə çıxarılması və onların müvafiq ixtisaslar üzrə orta ixtisas və ali məktəblərə qəbul olunması üçün hazırlayır. Məktəbin şagirdləri dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, həmçinin müxtəlif beynəlxalq festival və müsabiqələrdə fərqlənmiş, yüksək qiymətləndirilmiş, diplom və pul mükafatlarına layiq görülmüşlər.

Sumqayıt Şəhər Bülbül Adına Uşaq Incəsənət Məktəbi 1971-ci ildə uşaq musiqi məktəbi yaradılmışdır. 1971-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 174- saylı əmri ilə Sumqayıt şəhərində 2 nömrəli musiqi məktəbinin açılması qərara alındı. 1979-cu ildə məktəb üçün əlavə korpus inşa edilmiş, 44 sinif, 2 müdriyyət otağı və 312 nəfərlik geniş zal kollektivin istifadəsinə verilmişdi. 1985-ci ildə musiqi otağı kimi fəaliyyətə başlayan 2 saylı məktəbin nəzdində “Xoreqrafiya”,”Rəsm” şöbələri açılmaqla Sumqayıt şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinə çevrildi. 3 aprel 1992-ci ildə isə Uşaq İncəsənət Məktəbinə Azərbaycanda peşəkar vokal məktəbinin əsasını qoymuş Azərbaycan Dövlət Konservatoriysının professoru Bülbülün adı verilmişdir. Məktəbdə tədris olunan ixtisaslar: fortepiano, skripka, klarnet, truba, akkordeon, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya. 

Son xəbərlər