Facebook Pixel Code
GoMap XƏRITƏ
34 nömrəli uşaq musiqi məktəbi
Baxış sayı:
Avtobus

Məktəb müstəqil yaşayış binasının birinci mərtəbəsində yerləşir.Bina 1967 – ci ildə inşa olunub.Beş mərtəbədən ibarətdir.22  avqust  1985 – ci ildə 7 otaqdan ibarət məktəb yaranmışdır.01 sentyabr 1987 – ci ildən 16 sinif otağı, zal, qəbul otağı (dəftərxana), direktor otağından ibarət olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016 – cı il tarixli 147 S nömrəli sərəncamına, Bakı şəhər İcra Hakimiyyətinin 26 aprel 2016 - cı il tarixli 164 nömrəli sərəncamına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  13 aprel 2016 – cı il tarixli 128 nömrəli əmrinə əsasən məktəb 1 saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansından Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin balansına verilib.

 17 noyabr 2015 – ci il tarixdən məktəbə Vəfa Hidayət qızı Həziyeva rəhbərlik edir.Məktəb 2017 – ci ilin yanvar ayından Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən əsaslı təmir olunub. 2 sinif otağı artırılıb. Yeni inventar və musiqi alətləri ilə təmin olunub. İstilik sistemi yaradılıb.Məktəbin ümumi sahəsi 279,2 kvadrat metrdir.Həyətyanı sahəsi yoxdur.

Məktəbdə 16 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, qanun, balaban, qarmon, nağara, xanəndə, saz ) 290 şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir ( fortepiano, xalq çalğı alətləri, simli və  nəfəs alətləri, nəzəriyyə ). 

Son xəbərlər