Facebook Pixel Code
GoMap XƏRITƏ
Yevlax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi
Baxış sayı:
  • Ünvan:
    Cəfər Cabbarlı, Yevlax, AZ6600
  • Telefon:
    (+994 2233) 6-04-80
  • E-poçt:
Avtobus

1990-cı ildə Yevlax şəhəri Kommunist küçəsi 50 saylı ünvanda fəaliyyətə başlayıb. Binanın yararsız vəziyyətə düşməsi ilə əlaqədar 2006-cı ildən Yevlax şəhəri C.Mustafayev 57 saylı ünvanda, Yevlax şəhər Statistika İdarəsinin binasının I mərtəbəsində fəaliyyət göstərir. Məktəbin direktoru:Cəbrayılov Allahverdi Hacıbəy oğlu Cəbrayılov Allahverdi Hacıbəy oğlu 03.06.1963–cü ildə Yevlax şəhərində anadan olmuşdur. 01.08.1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultəsinin, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə bitirmişdi. 01.09.1984-cü il tarixində Hava Limanında olan Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən mədəniyyət evində bədii rəhbər vəzifəsində,1989-cu il tarixindən 1997-ci ilədək Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən şəhər klubunda müdir vəzifəsində işləmişdir. 1997-ci ildən 2000-ci ilədək Yevlax şəhər Mədəniyyət Mərkəzində direktor vəzifəsində işləmişdir. 2000-ci il may ayından 2004-cü ilin aprel ayına kimi Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində direktor vəzifəsində, 2004-cü ilin aprel ayından 2008-ci ilədək həmin məktədə tar müəllimi işləmişdir. 2008-ci ilin may ayından Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin direktor vəzifəsində çalışır.

Son xəbərlər