1957-1958 ci illərdə Cənub zonasında ilk musiqi məktəbi C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi olmuşdur. Hal-hazırda məktəbdə 439 şagird təhsil alır. Məktəbdə 98 müəllim fəaliyyət göstərir. 53 sinif otağı var. 60 il ərzində məktəbi 4200 şagird bitirmişdir. Məzunların 475 nəfəri orta ixtisas məktəbini, 66-ya yaxın Musiqi Akademiyasını, 23 nəfər İncəsənət Universitetini bitirmişdir. Hal-hazırda onlardan əksəriyyəti musiqi məktəblərində müəllim kimi çalışırlar. Məktəbdə Xalq Calğı Alətləri Orkestri, Balaban çalanlar ansamblı, Kamança çalanlar ansamblı, Qarmon çalanlar ansamblı, Xanəndələr ansamblı, Qanun çalanlar ansamblı, Nağara çalanlar ansamblı, Cənub qızlar ansamblı, Kvartetlər, məktəbin birləşmiş xoru, Folklor kollektivi fəaliyyət göstərir.