Facebook Pixel Code
GoMap XƏRITƏ
Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi
Baxış sayı:
  • Ünvan:
    Zülfü Hacıyev, Sumqayıt, AZ5001
  • Telefon:
    (+994 186) 54-00-94, (+994 186) 44-16-41
  • E-poçt:
Avtobus

Məktəb 1976-cü ildən fəaliyyətə başlayıb.

741 nəfər şagird təhsil alır.

225 nəfər müəllim çalışır.

2 korpusdan ibarətdir.

54 sinif otağı var.

130 nəfərlik tutumu olan konsert zalı var.

Məktəbdə hər il bəstəkarların yaradıcılıq gecələri keçirilir. Məktəbdə metodiki məşğələlər, açıq dərslər, sinif konsertləri və ədəbi bədii gecələr keçirilir. Məktəbdə müəllimlərdən ibarət xalq çalğı alətləri, xalq çalğı alətləri orkestri, şagirdlərdən ibarət xor, skripka çalanlar ansamblı, qarmon çalanlar ansamblı və nağara çalanlar ansamblı vardır. Xalq çalğı alətləri yarandığı gündən şəhərin bütün tədbirlərində, hərbi hissələrdə, qaçqın və köçkün ailələri qarşısında müvəffəqiyyətlə çıxışlar etmişlər.

Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sərəncamı ilə 01 sentyabr 1976-cı ildə yaranıb. Məktəb 1976-cı ildən uşaq musiqi məktəbi kimi yaranmışdir. Məktəbdə ilk dəfə fortepiano,tar ,kamança,klarnet,skripka və nağara sinifləri açılıb.1992-ci ildən məktəbə Səid Rüstəmovun adı verilmiş,1995-ci ildən incəsənət məktəbi adlandırılmışdır.

Son xəbərlər