Bakı şəhəri , Nizami r-nu T.Abbasov küçəsi , 71 saylı ünvanda yerləşən R.Hacıyev adına 15 №-li onbirillik Musiqi məktəbi Azərbaycan SSRİ Nazirlər kabinetinin 15 sentyabr 1960-cı il , 751 saylı qərarı və Bakı şəhər sovetinin 49 saylı protokolunun 1129-cu bəndinə əsasən , 11 oktyabr 1960-cı ildən fəaliyyət göstərir .
Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Polad Bülbül oğlunun 30 avqust 2002-ci il tarixli 283 saylı əmrinə əsasən məktəbə SSRİ Xalq artisti, bəstəkar və ictimai xadim Rauf Hacıyevin adı verilmişdir.
Rauf Hacıyev adına 15№-li onbirillik Musiqi məktəbi 01 sentyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 347 № -li əmri ilə 11illik təhsil sisteminə keçmişdir.