Məktəb 1970-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin 17 dekabr 1969-cu il tarixli, 148 N-li qərarı əsasında yaradılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 04 oktyabr 2002-ci il tarixli, 309 N-li əmri ilə məktəbə Dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin adı verilmişdir.