Bakı şəhəri 17 nömrəli Uşaq Musiqi məktəbi 1961-ci ildən fəaliyyət göstərir.
Məktəb 2006-cı ildə əsaslı təmir olunmuşdur. Məktəb 2 mərtəbəli binadan, 25 sinif otağından, 50 nəfər tutumu olan zaldan və 5 inzibati otaqdan ibarətdir. Məktəbin ümumi sahəsi 638 m2.
Məktəbdə müxtəlif ixtisaslar üzrə 274 şagird təhsil alır.
Məktəbdə hazırda fortepiano, skripka, tar, kamança, qanun, nağara, səs, klarnet, fleyta, truba alətləri tədris olunur. Məktəbdə 57 müəllim çalışır.
Məktəbdə 4 şöbə fəaliyyət göstərir. Bunlar fortepiano, xalq çalğı alətləri, nəfəs və nəzəriyyə şöbələridir.
Məktəbə 2006-cı ildən hal hazıra kimi Adil Davud oğlu Babazadə rəhbərlik edir.