Bakı şəhər Binəqədi rayonu 26 saylı Uşaq Musiqi Məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirinin 31 may 1978-ci il tarixli 231 №-li əmri əsasında yaradılıb.
Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 105H ünvanında yerləşir, məktəbin ümumi sahəsi 750 m2 təşkil edir. Məktəbdə 28 sinif otağı və 80 nəfərlik konsert zalı var.
5 aprel 2011-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51№-li qərarına əsasən Bakı şəhəri 26 saylı Uşaq Musiqi Məktəbinə görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin adı verilmişdir.
2014-cü ildə əsaslı təmir və yenidənqurmadan sonra məktəbin açılışı olub, onbirillik təhsil sisteminə keçilib.
Məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır.