Bakı Şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9nömrəli uşaq musiqi məktəbi 19 avqust 1959-cu ildə yaranıb. 1975 - ci ildə məktəb statusu verilib. 1986-ci ildə isə ilk dəfə olaraq Bakı şəhəri üzrə uşaq musiqi məktəbləri arasında xanəndə sinfi bu məktəbdə açılıb. 1989 - cu ildən Cabbar Qaryağdıoğlu adını daşıyır. Məktəbin yeni binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin Texniki İdarəsi tərəfindən 2014- cü ildə istifadəyə verilib.2017-2018-ci ildə isə məktəbimizin bir sıra şagirdləri Azərbaycan Milli Konservatoriyasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə, Respublika İncəsənət Gimnaziyasına və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunublar.Məktəbimiz bir çox xarici ölkələrdə festivallarda fəal iştirak edib.