Facebook Pixel Code
GoMap XƏRITƏ
"Verdiktum" Vəkil Kabineti
Baxış sayı:
  • Ünvan:
    Fətəlixan Xoyski, Bakı, Nərimanov, AZ1072
  • Telefon:
    (+994 70) 979-76-70
Avtobus

Vəkil kabinetimiz istər Azərbaycan Respublikasında, istərsə də onun hüdudlarından kənarda bütün növ hüquqi xidmətləri həyata keçirir. Hüquqi şəxslərin, filial və ya nümayəndəliklərin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir. Biz biznesinizin düzgün qurulmasına yardım edib, hüquqi xidmətlər göstərməklə, hər an sizlərə arxa və dəstək olmağa hazırıq. Ailə-nikah münasibətləri həmçinin ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə, istərsə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik. Əmlak məsələləri mülki hüququn əsas bölmələrindən biridir. Vaxtilə sərəncamla istifadəyə verilmiş torpaqların, mənzillərin özəlləşdirilməsi, alqı-satqı məsələləri, qeydiyyat, o cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır. Məhz bu çətinlikləri aradan qaldırmaq üçün Vəkil Kabineti Sizlərə öz yardımını göstərə bilər. Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər. Vergi ödənişləri ilə bağlı problemləriniz varsa, eləcə də vergi orqanları ilə hər hansı bir məsələyə yanaşma mübahisələnirsə, bu zaman sizin problemlərinizi üzərimizə götürüb həll edə bilərik. Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi Vəkil Kabinetinin fəaliyyət dairəsinə aiddir.

Son xəbərlər