Facebook Pixel Code
GoMap XƏRITƏ
Üns yaradıcılıq səhnəsi
Baxış sayı:
  • Ünvan:
    Neftçilər, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 437-23-95
Avtobus
“ÜNS”Azərbaycan mədəniyəti aləmində forma və məzmunca yeni model olan «Üns yaradıcılıq səhnəsi» 2006-cı ilə aprelin 22-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Azərbaycanın mədəniyyət salnaməsində yeni səhifə açan bu mədəniyyət ocağı indiyə qədər tamaşaçılara onlarla bir birindən fərqli tamaşalar, rəngarəng kompozisiyalar təqdim edib.Bu mədəni layihə görkəmli şərqşünas professor Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunub. Bu layihənin ideya istiqamətlərindən biri də Şərq və Qərb mədəniyyətləri vəhdətinin bədii əksini sənətdə və mədəniyyətdə göstərməkdir. “ÜNS yaradıcılıq səhnəsi” layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayevadır. Uzun illər boyu milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırıb və ənənələr yaradıb. “ÜNS yaradıcılıq səhnəsi” teatrının əsas məqsədlərindən biri də Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir məcrada inkişafını təmin etməkdir. Bir növ klassika ilə moderinliyin harmoniyasını yaratmaqdır. Qeyri-kommersiya xarakterli olmaqla fikri, ideyanı, mənəvi tələbatı reallaşdırmaq məqsədi daşıyan layihədə üstünlük teatr tamaşalarına verilsə də, burada ədəbi-bədii axşamlar, maraqlı şəxsiyyətlərlə görüşlər, maarifçi xarakterli tədbirlər də təşkil edilir. Çünki məhz bu teatr mədəniyyətin bir çox növlərini və janrlarını özündə təmsil edir. Öz məramına görə ÜNS adi teatr deyil, ziyalıların ünsiyyət ocağıdır. Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında özünəməxsus yer tutan ÜNS sənətdə, səhnədə iki cinahın, Şərq və Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün əsl bayrama çevrilir. Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, «Gelikon-opera»nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri və neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları teatrı tamaşaçılar üçün daha da maraqlı etmişdir.
Son xəbərlər