Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925-30 illərdə teatr "Lyubov Yarovaya" (K.Trenyov), "Qiyam" (B.Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930-40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F.Şiller), "Romeo və Cülyetta" (V.Şekspir), "Canlı meyit" (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C.Cabbarlı), "Hamam" (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi barədə sərəncam imzalanmışdır