Facebook Pixel Code
Sumqayıt
Baxış sayı:
  • Ünvan:
    Sumqayıt, AZ5000
Avtobus

Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəridir. 1949-cu ildə Sumqayıta şəhər statusu verilmişdir. Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansara qalıqları buradan karvan yollarının keçdiyini sübut edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir.Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur.  Şəhər əsasən kimya sənayesi ilə məşhurdur. Sənaye tullantıları ekoloji tarazlığı pozsa da şəhərin görməli yerləri kifayət qədərdir. İlk mədəniyyət evlərindən biri C.Cabbarlı adına mədəniyyət evi burada yerləşir. Bundan başqa N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, Corat mədəniyyət evi də fəaliyyət göstərir. Qara Qarayev adına Uşaq Musiqi Məktəbi Sumqayıtda ilk musiqi məktəbi – Q.Qarayev adına Uşaq Musiqi Məktəbi 1954-cü ildə yaradılmışdır.

INSTAGRAM
posts
followers
Follow