Facebook Pixel Code
Gəncə
Baxış sayı:
  • Ünvan:
    Gəncə, AZ2000
Avtobus

Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir. Dəniz səviyyəsindən 400–450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir. Azərbaycanın tarixində mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişdiyi yerdə salınmışdır. Yolçular burada dayanıb dincəlir, əcnəbi alimlər bir-biri ilə söhbət edirdilər. Gəncənin yaşı barədə fikir söyləmək üçün Comərd Qəssab məqbərəsini dəlil hesab etmək olar. 

INSTAGRAM
posts
followers
Follow