Facebook Pixel Code
Kotanlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kotanlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayo­nunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 40 km şimal-şərqdə, Arpa çayının sağ qolu olan Kotanlıçayın sahilində, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Kotanı" kimi (143, s. 59), Qafqazın 5 verstlik xəritəsində "Kotanlı" (348, s. 142), erməni dilində "Kyotanlu" formasında (422, s. 101) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 256,1886-cı ildə 392, 1897-ci ildə 456, 1904-cü ildə 611, 1914-cü ildə 672, 1916-cı ildə 532 nəfər yalnız azərbay­canlı yaşamışdır (415, s. 90-91,158-159). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavü­zünə məruz qalmış və sakinlər deportasiya olun­muş, Türkiyədən köçürülüb gətirilən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Bundan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 61, 1926-cı ildə 193, 1931-ci ildə 351 (415, s. 90-91, 158-159), 1939-cu ildə 776, 1959-cu ildə 590, 1970-ci ildə 1157 nəfər azərbaycanlı yaşamışdır. Ermənistan dövləti 1988-ci il noyab­rın 28-də kənddə yaşayan azərbaycanlıları zorla tarixi-etnik torpaqlarından qovmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim qıpçaq türk tayfasından olan "kotan" etnoniminə (286, s. 50) mənsubluq bildirən "-h" şəkilçisinin artırılması ilə əmələ gəlib, "kotan tayfasına mənsub yaşa­yış yeri" mənasını bildirir. Etnotoponimdir. Quru-luşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilərək "Karmraşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 111).

Coğrafi koordinatları: 39°48' şm. e., 45°31' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow