Crvej - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, İndi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir (143, s. 159). Erməni müəlliflərinin əsərlərində kəndin qədim adının Çivreş olduğu göstərilir (415, s. 46). Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1929-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 172). Burada ermənilərlə yanaşı, 1873-cü İldə 43, 1886-cı ildə 31, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır (415, s. 147, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 172). Coğrafi koordinatları: 40’11' şm. e., 44’35' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/