Facebook Pixel Code
Böyük Arıxvəli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Böyük Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayo­nunda, indi Şirak vilayətində kənd. Vilayət mər­kəzi Gümrü şəhərindən 29 km cənub-şərqdə, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerlə­şir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 128), Qafqazın 5 verstlik xəritəsində (348, s. 19) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən er­mənilərin Türkiyədən köçürülüb məskunlaşdırıl- masından sonra əhalisi tədricən kəndi tərk et­mişdir. Toponim arıx tayfa adı və Vəli şəxs adının birləşməsindən yaranıb (35, s. 160). "Arıxlar tay­fasından olan Vəliyə mənsub yaşayış yeri" deməkdir. Toponimin əvvəlindəki "böyük" fərq­ləndirici əlamət bildirir ki, bu da Azərbaycan to­ponimiyası üçün xarakterikdir. "Arıx" etnonimi mənbələrdə "arıxlı" formasında öz əksini tapır (142, s. 39). Erm. SSR AS RH-nin 3 noyabr 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Mets Mantaş" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 136).

Coğrafi koordinatları: 40°38' şm. e., 44°03' ş. u. 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow