Facebook Pixel Code
Əlili
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əlili - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qa­pan şəhərindən 114 km şimal-qərbdə, dəniz sə­viyyəsindən 1950 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngə­zur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 150), Qafqazın 5 verstlik xəritəsində (348, s. 12) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərinermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmiş­dir. Ermənilər kəndə 1828-1829-cu illərdə İranın Xoy vilayətinin Məhləzan və Üzümçü kəndlərin­dən köçürülmüşdür (416, s. 173). Toponim kən­gərli türk tayfasına mənsub "əlili" etnonimindən (386, s. 538) əmələ gəlmişdir. Erm. SSR AS RH- nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Salvard" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Süni к vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 173).

Coğrafi koordinatları: 39*27' şm. e., 45*55' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow