Facebook Pixel Code
Gödəkbulaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Gödəkbulaq - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 60 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərə¬fində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra - 1828-1829-cu illərdə burada Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Kənddə 1886-cı ildə 26 nəfər azərbaycanlı yaşamışdır (415, s. 110). 1890-cı illərdə azərbaycanlılar buradan tamamilə çıxarılmış, təkcə ermənilər qalmışdır. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində "qısa, uzun olmayan" mənasında işlənən "gödək" və bulaq hidrotermininin birləşməsin¬dən əmələ gəlmişdir. Hidrotoponimdir. Erm. SSR AS RH-nin 12 iyun 1946-cı il tarixli qərarı ilə kəndin adı hərfi tərcümə edilərək "Qarcaxpyur" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 109).
Coğrafi koordinatları: 40°09' şm. e., 45°34' ş. u.
 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow