Facebook Pixel Code
Gürcüeli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Gürcüyolu - İrəvan quberniyasının Alek­sandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayəti ərazisində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 21 km şimalda, dəniz səviyyəsindən 1950 m hündür­lükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. 1937-ci ilə kimi keçmiş Ağbaba rayonunun ta­beliyində olmuşdur. Erməni müəlliflərinin əsər­lərində "Gürcüyel" (415, s. 20), Qafqazın 5 verst­lik xəritəsində "Gürcüel" (348, s. 72) formasında qeyd edilmişdir. Toponim "gürcü" etnonimi ilə azərbaycanca "yol" sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd Gümrüdən Gürcüstana gedən yolun üzərində yerləşmişdir. Kəndin adı 30 iyul 1980-ci ildə dəyişdirilərək "Torosgyuğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 83).

Coğrafi koordinatları: 40°56' şm. e., 43°52' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow