Facebook Pixel Code
Kiçik Keyti
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kiçik Keyti - İrəvan quberniyasının Alek­sandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 14 km şimal­da, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayo­nunun tabeliyində olmuşdur. Qafqazın 5 verst- likxəritəsində qeyd edilmişdir (348, s. 128). Kənd­də əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əha­li Türkiyəyə köç etmişdir. Toponim fərqləndiri­ci əlamət bildirən "kiçik" sözünün türk dilində "dağın gün düşməyən tərəfi" mənasında işlənən "kət" (kat) sözünə (339, s. 264) birləşməsi əsa­sında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 26 oktyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı də­yişdirilərək "Lernantsk", 21 oktyabr 1967-ci il ta­rixli qərarı ilə yenidən dəyişdirilərək "Pokraşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 204).

Coğrafi koordinatları: 40°54' şm. e., 43°53' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow