Daşkənd - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərində (143, s. 120), Qafqazın 5 verstlik xəritəsində (348, s. 76) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 357, 1873-cü ildə 560, 1886-cı ildə 816, 1897-ci ildə 1004, 1908-ci ildə 816, 1914-cü ildə 1389, 1916-cı ildə 1054 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 26-27,110-111). 1919-cu İl yanvarın 20-23-də azərbaycanlılara qarşı erməni silahlı birləşmələri qırğınlar törətmişlər (309, s. 249). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 882,1926-cı ildə 984,1931-ci ildə 1230 (415, s. 26- 27, 110-111), 1987-ci ildə 2100 nəfər (85, s. 284- 285) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda orada yalnız ermənilər yaşayır. Kənddə VI—VII əsrlərə aid oğuz qəbiristanlığı, IX—XII əsrlərə aid alban kilsəsinin xarabalığı vardır. Toponim qədim türk dilində "xarici, kənar" (299, s. 539), "uzaq" (359, III (2), s. 1642) mənasında İşlənən "daş" və "kənd" sözlərinin birləşməsindən əmələ gəlib, "uzaqda, kənarda yerləşən kənd" mənasını verir. Erm. SSR AS RH-nin 3 aprel 1991-cİ il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ayrk" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 20).
Coğrafi koordinatları: 40°07' şm. e., 45°47' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/