Facebook Pixel Code
Aşağı Alçalı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Alçalı - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayəti ərazi­sində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhə­rindən 53 km cənub-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında, dəniz səviy­yəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 14). XIX əsrin 20-ci illərinə qədər burada azərbay­canlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1830-cu illərdə Türkiyənin Ələşkirt bölgəsindən köçürülüb gətirilən ermənilər bu­rada yerləşdirilmişdir (416, s. 35). Azərbaycanlı­lar həmin vaxtdan kənddən qovulmuşdur. Topo­nim fərqləndirici əlamət bildirən "aşağı" sözü ilə Azərbaycan dilində mənsubluq bildirən "-lı" şə­kilçisi qəbul etmiş "alça" bitki adının birləşmə­sindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 27 sentyabr 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ardzvanist" qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 35).

Coğrafi koordinatları: 40°09' şm. e., 45°30' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow