Facebook Pixel Code
Kaftarlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Kaftarli - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 16 km cənub-qərbdə, dəniz səviy­yəsindən 1700 m hündürlükdə yerləşir. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 136), Qafqazın 5 verstlik xəritəsində (348, s. 124) qeyd edilmişdir. XIX əsrin əvvəllərinə kimi kənddə yalnız azərbaycanlılaryaşamışdır. 1828-ci ildə - Türkmənçay müqaviləsinin imzalanmasın­dan sonra Türkiyənin Ələşkirt vilayətindən kö­çürülüb gətirilən ermənilər kənddə yerləşdiril­mişdir (Ermənistan Sovet Ensiklopediyası, XII c., İrəvan, 1986, s. 306; 416, s. 201-202). Toponim kaftarli nəslinin adı əsasında əmələ gəlmişdir. Ermənistan Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişdirilərək "Panik" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarix­li yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 202).

Coğrafi koordinatları: 40°39' şm. e., 43°56' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow