Dəliqardaş - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 6 km cənubda, Kəvər çayının yanında, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 55), Qafqazın 5 verstlik xəritəsində (348, s. 74) qeyd edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-1830-cu və 1877-1878-ci illərdə Türkiyənin Bəyazid vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (386, s. 595-598; 416, s. 178). 1897-ci ildə kənddə ermənilərlə yanaşı, 15 nəfər azərbaycanlı yaşamışdır (415, s. 70-71). 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qədim türk tayfalarından biri olan tele (dəli) etnoniminə (180, s. 21, 25) "qardaş" sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Kəndin adı 1920-ci ildə dəyişdirilərək "Saruxan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 178).
Coğrafi koordinatları: 40°17' şm. e., 45°08' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/