Facebook Pixel Code
Hacı Eylas
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Hacı Elyaz (Hacı Eylas) - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayo­nunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 23 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 840 m hün­dürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftə­rində "Hacı İlyas" formasında (143, s. 36), Qafqazın 5 verstlik xəritəsində "Hacı Elyaz" for­masında (348, s. 55) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Hacı Eylaz" (415, s. 48), "Eylas" (419, s. 129) formalarında göstərilmişdir. Kəndin adı xalq arasında "Hacı El- ləz" formasında işlədilirdi. Burada 1831-ci ildə 445, 1873-cü ildə 1095, 1886-cı ildə 1073, 1897-ci ildə 1457, 1908-ci ildə 1097, 1914-cü ildə 1187, 1916-cı ildə 1467 nəfər yalnız azərbaycanlı ya­şamışdır (415, s. 48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin tə­cavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülmüş ermənilər yerləş­dirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azər­baycanlılar doğma yurdlarına qayıda bilmişdir. Kənddə 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır (415, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, kənddə İran, Li­van, Suriya, Türkiyədən köçürülüb gətirilən er­mənilər yerləşdirilmişdir. Hazırda burada ermə­nilər yaşayır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Kəndin adı dəyişdirilərək "İpəkli" qo­yulmuşdur. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Masis sovxozu" qəsəbəsi adlandırılmışdır. Hazırda "Darakert" adlanır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 66).

Coğrafi koordinatları: 40°06' şm. e., 44°24' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow