Facebook Pixel Code
Qaralar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qaralar - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Arta­şat (Qəmərli) şəhərindən 10 km cənub-şərqdə, Vedi çayının yanında, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xə­ritəsində qeyd edilmişdir (348, s. 118). Kənddə 1873-cü ildə 443, 1886-cı ildə 387, 1897-ci ildə 570, 1904-cü ildə 252, 1914-cü ildə 256, 1916-cı ildə 546, azərbaycanlı yaşamışdır (415, s. 86-87, 156-157). Lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873-1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir (427, s. 383). 1918—1919-cu illərdə azərbaycanlılar erməni si­lahlı birləşmələri tərəfindən qırğınlar nəticəsində qovulmuş, 1920-ci ilin sonunda İrandan, 1920- 1921-ci illərdə Türkiyənin Van, Şatax və Bəya­zid vilayətlərindən, 1940-1950-ci illərdə indiki Ermənistanın Aşağı Qaranlıq (Martuni) və Sisian rayonlarından, 1946-cı ildə İran və Livandan ermənilər köçürülərək Qaralar kəndində yerləş­dirilmişdir (427, s. 383). 1920-ci ildə indiki Er­mənistan ərazisində sovet hakimiyyəti qurulan­dan sonra azərbaycanlılardan sağ qalanlar geri qayıda bilmişlər. Kənddə 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 erməni (415, s. 87, 157), 1939-cu ildə 780 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azər­baycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azər­baycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlə­rinə qayıda bilmişdir. Kənddə 1955-ci ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər azər­baycanlı və erməni yaşamışdır (427, s. 383). 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Er­mənistan dövləti tərəfindən tarixi-etnik torpaq­larından deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk mənşəli "qaralar" etnonimi (245, s. 57) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978- ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aralez" qoyulmuşdur. "Ermənistan Respublika­sının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayə­tinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 27).

Coğrafi koordinatları: 39°54' şm. e., 44°39' ş. u.

QARALAR

Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayo­nunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 7 km cənub-qərbdə, Vedi çayının qolu olan Böyük çayın üstündə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin kənarında, İrəvan-Naxçıvan avtomobil yolunun 600-700 metr­liyində kənd.

1920-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.

1921-1988-ci illərdə isə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur. 1988-ci ildə kənd bütünlüklə erməniləşdirilmişdir.

İ.Şopendə (1832) kəndin adına Vedibasar mahalının xaraba kəndləri siyahısında rast gəlirik. Görünür, kənd 1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalmışdır.

Vedi nahiyəsinin Qaralar kəndi 1832-ci ildən sonra yenidən məs­kunlaşmış, kənddə 1873-cü ildə 58 ailədə 443 nəfər (253 kişi, 190 qadın), 1886-cı ildə 64 ailədə 549 nəfər (308 kişi, 241 qadın), 1897-ci ildə 557 nəfər azərbaycanlı yaşamışdır.

1918-1920-ci illərdə erməni daşnaklarına qarşı müharibədə fəal işti­rak edən qaralarlılar Vedibasarın işğalından sonra bütün vedililərlə bə­rabər Arazın o tayına - Cənubi Azərbaycana mühacirət etmiş, kənd ermə­nilər tərəfindən dağıdılmış və yandırılmışdır. Bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra geri qayıdan qaralarlılar kəndi yenidən bərpa etmişlər. Kəndə ilk ermənilər də elə o vaxtdan köçürülüb yerləşdirilmişlər.

1922-ci ildə kənddə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni qeydə alınmışdır. 1931-ci ildə bu nisbət 297 azərbaycanlı, 292 erməni şəklində dəyişmişdir. 1945-1950-ci illərdə Qaranlıq (Martuni) və Qarakilsə (Si- siyan) rayonlarından, 1946-cı ildə isə İrandan və Livandan gəlmə xeyli erməni Qaralar kəndində məskunlaşdırılmış, 1948-1953-cü illər deporta­siyası zamanı isə bir çox azərbaycanlı ailələri Azərbaycana köçürülmüş­lər. Beləliklə, kənddə ermənilərin sayı süni şəkildə çoxaldılmış, azərbay­canlıların sayı isə azaldılmışdır.

1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Türkiyənin Van vi­layətinin Lezk kəndindən gələn ermənilərin təkidilə Aralez qoyulmuşdur.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı kənddə yaşayan bütün azərbaycanlı əhali (150 azərbaycanlı, 20 müsəlman kürd ailəsi) yurd-yuvasından qovulmuş, kəndin erməniləşdirilməsi başa çatdırılmışdır.

Buna qədər isə 1948-ci ildən üzü bəri 70-ə qədər azərbaycanlı ailəsi erməni təzyiqləri nəticəsində kəndi tərk edib, Azərbaycana köçməyə məcbur olmuşdu.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow