Çatqıran (Çatıqıran) - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hraz- dan (Axta) şəhərindən 50 km cənubda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran" (143, s. 82), Qafqazın 5 verstlik xəritəsində "Cadqran" (348, s. 81), erməni müəlliflərinin əsərlərində həm də "Çatıq- ran" (415, s. 46) kimi qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1830-cu illərdə İranın Xoy, Türkiyənin Ələşkirt və Muş vilayətlərində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir (427, s. 824; 416, s. 54). Burada ermənilərlə yanaşı, 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s. 126). 1840-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğan, dərəli sıra dağlar", "iki çay arasında yer" mənasında işlənən "çat" sözü ilə (359, III (2), s. 1893; 339, s. 608) qədim türk dilində "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən "kuren" (quran, qıran, qran) sözünün birləşməsindən (339, s. 3 173 18) əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Hrazdan", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Gexaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 54). Coğrafi koordinatları: 40°14' şm. e., 44°43' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/