Facebook Pixel Code
Canəhməd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Sultanəli qışlağı (Canəhməd) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keç­miş Basarkeçər (Vardenis) rayonunda, indi Ge­ğarkunik vilayətində kənd. Kəndin başqa adları "Əhmədli" və "Canəhməd" olmuşdur (415, s. 26). Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 97 km cənub-şərqdə, Ağyoxuş aşırımının ətəyində, də­niz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 231). Erməni müəlliflərinin əsərlərində "Canəhməd kəndi" kimi öz əksini tapmışdır (415, s. 26). Kənddə 1873-cü ildə 245, 1886-cı ildə 348, 1897-ci ildə 442, 1908-ci ildə 422, 1914-cü ildə 523, 1916-cı ildə 475 nəfər azərbaycan­lı yaşamışdır (415, s. 26-27, 112-113). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən törədilən qırğınlar nəticəsində kənd­dən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə qayıtmışlar. Kənddə 1922-ci ildə 194, 1926-cı ildə 335, 1931-ci ildə 383 (415, s. 26-27, 112- 113), 1939-cu ildə 339, 1959-cu ildə 337, 1979- cu ildə 589 (427, s. 918), 1987-ci ildə 1500 nəfər (85, s. 291-292) azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırlarında kənd əhalisi ermə­nilər tərəfindən törədilən qırğınlar nəticəsində öz doğma kəndlərindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim şəxs adı əsasında formalaşmışdır. Coğrafi ərazi Sul­tanəli adlı şəxs tərəfindən salındığı və qışlaq yeri olduğu üçün "Sultanəli qışlağı" adlanmışdır. Kəndin adı əvvəlcə dəyişdirilərək "Canəhməd" qoyulmuşdur. Erm. SSR AS RH-nin 3 iyul 1969- cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Günəşli", 3 aprel 1991 -ci il tarixli qərarı ilə yeni­dən dəyişdirilərək "Kutakan" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanu­na əsasən, Geğarkunik vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 115).

Coğrafi koordinatları: 40°16' şm. e., 45°50' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow