Facebook Pixel Code
Poladlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Palıdlı (Poladlı) - İrəvan quberniyasının Aleksan­dropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayə­tin mərkəzi Gümrü şəhərindən 24 km şimalda, Gürcüyolu (Torosgyuğ) kəndindən 4 km şərqdə, dəniz səviyyəsindən 1920 m hündürlükdə yer­ləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir (143, s. 104). Kənddə əvvəlcə azərbay­canlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "palıd" ağac adına "-h" şəkil­çisinin qoşulması əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arpeni" qoyulmuş­dur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarix­li yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 39).

Coğrafi koordinatları: 40°54' şm. e., 43°53' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow