Alagöz-Ələyəz, İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 20 km şimal- şərqdə, dəniz səviyyəsindən 915 m hündürlükdə yerləşir. Ədirnə müqaviləsinə (1829) əsasən, İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir. Ermənilər kəndə 1828-1829-cu illərdə İranın Xoy vilayətindən köçürülmüşdür (416, s. 26). Toponim alagöz türk tayfasının adı (407, s. 120) əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 31 iyul 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilib "Araqats" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 26).
Coğrafi koordinatları: 40°19' şm. e., 43°39' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/