Facebook Pixel Code
Əliqaçaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əlikiçik - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 18 km şimal- qərbdə, Abaran çayının sağ tərəfində, dəniz sə­viyyəsindən 1850 m hündürlükdə yerləşir. "İrə­van əyalətinin icmal dəftəri"ndə "Əli kiçik" (143, s. 111), Qafqazın 5 verstlik xəritəsində "Əli qo­çaq" formasında (348, s. 12) qeyd edilmişdir. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Əli kuşak" formasında da göstərilir (427, s. 85). Er­mənilər kəndə 1828-1829-cu illərdə Türkiyənin Muş, Ələşkirt, Bəyazid, Ərzurum və İranın Maku vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 208). Toponim Əli şəxs adı əsasında əmələ gəlmişdir. Faruk Sümər qeyd edir ki, Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zey­nəddin Əli Küçük (kiçik - İ.B) idi (238, s. 145). Belə qənaətə gəlirik ki, kəndin adı həmin şəxsin adına əsaslanır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Kuçak" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 208).

Coğrafi koordinatları: 40°31' şm. e., 44°23' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow